Azərbaycanda istilik mövsümü nə zaman bitir?

22.04.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Aprelin 16-da hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq soyuq hava şəraitində əhaliyə istilik dörd gün müddətində verilməyə davam edib".

Bu barədə Oxu.Az-a "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı məlumat verib.

O əlavə edib ki, "İstilik enerjisindən istifadə qaydaları"na əsasən, "Azəristiliktəchizat" ASC-nin qazanxanalarının yerləşdiyi doqquz dağlıq və dağətəyi rayonda - Şuşa, Şabran, Siyəzən, Quba, Qusar, Qəbələ, Xaçmaz, Lerik və Şamaxıda istiliyin verilməsi mayın 1-dək davam edəcək.

Aytac Qasımova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью