Azərbaycanda istiliyin verilməsinə BAŞLANILDI

15.11.2024

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Məlum olduğu kimi, bu gündən 2024-2025-ci illər payız-qış mövsümü ilə əlaqədar Azərbaycanda mərkəzləşdirilmiş istilik sistemi işə salınır, istilik təchizatı obyektlərinin, o cümlədən qazanxanaların istiliklə təminatına başlanılır.  
Bizim.Media xəbər verir ki, bu barədə “Azəristiliktəchizat” ASC-nin məlumatında bildirilib. 
 

“Bütün qazanxanalar və istilik məntəqələri işə salınıb. “Azəristiliktəchizat” ASC-nin balansında olan bütün yaşayış və qeyri-yaşayış binaları istiliklə təmin olunacaq. Heç bir problem və yubanma yoxdur”. 


Qeyd edək ki, ölkə ərazisində payız-qış mövsümü noyabr ayının 15-dən başlayır və növbəti ilin aprel ayının 15-nə qədər davam edir. 
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью