Azərbaycanda iyun ayında 12 gün qeyri iş günü olacaq

05.06.2025

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda iyun ayında 12 gün qeyri-iş günü olacaq.

News24.az xəbər verir ki, iyunun 6 və 7-si Qurban bayramıdır. Ayın 7-si şənbə gününə təsadüf etdiyindən ayın 9-u da qeyri-iş günü olacaq.

İyunun 15-i isə ölkədə Qurtuluş Günüdür. Həmin gün bazara düşdüyünə görə ayın 16-sı qeyri-iş günü hesab olunur.

26 iyun isə Azərbaycan Silahlı Qüvvələr Günüdür.

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 iyun iş günü ilə 21 iyun istirahət gününün yerləri dəyişdirilib.

Beləliklə, iyunun 26-sı, 27-si, 28-i, 29-u qeyri-iş günləri olacaq.

Bundan başqa, ayın 14-ü, 22-si şənbə-bazara düşür. Beləliklə, üst-üstə hesablayanda iyunun qarşıdakı müddətində 12 gün qeyri-iş günü olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью