Azərbaycanda Kalaşnikov satmaq istəyən şəxs saxlanıldı VİDEO

27.11.2024

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı İntiqam Bağırov saxlanılıb.

"Unikal" xəbər verir ki, ondan "Kalaşnikov" markalı avtomat, 25 ədəd patron və patron darağı aşkarlanıb. O, bir müddət əvvəl silahı taparaq sosial şəbəkələrdə tanış olduğu şəxsə 2000 manat müqabilində satarkən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью