Azərbaycanda kapital bazarın inkişaf imkanları müzakirə edilib

05.12.2024

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Böyük Britaniyanın Dövlət İnvestisiya Təşkilatının baş direktoru Çarlz Donaldın rəhbərliyi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) nümayəndə heyəti, Azərbaycan İnvestisiya Holdinqinin rəhbər şəxsləri, "Bakı Fond Birjası" QSC-nin Müşahidə Şurasının sədri Fərid Axundov, İdarə Heyətinin üzvləri, eləcə də "Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası" İctimai Birliyinin icraçı direktorunun iştirakı ilə görüş keçirilib.

"Report" bu barədə Assosiasiyaya istinadən xəbər verir.

Məlumata görə, görüşün əsas məqsədi yerli kapital bazarının inkişaf imkanlarının müzakirəsi və bu sahədə təcrübə mübadiləsinin aparılması olub.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью