Azərbaycanda kartdan karta köçürmələrə limit tətbiq olunur

01.08.2026

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkə.az xəbər verir ki, artıq bununla bağlı vətəndaşlara müştərisi olduqları müvafiq banklar tərəfindən xəbərdarlıq mesajları göndərilir.

Qeyd olunur ki, qərar avqustun 1-dən qüvvədədir. Kart sahibləri artıq gün ərzində 5 dəfə və aylıq isə ümumilikdə 20 min manat olmaqla kartdan-karta pul köçürmələri edə biləcəklər. Bununla yanaşı, vətəndaşların öz hesabları arasında həyata keçirdiyi əməliyyatlar bu limitə şamil edilmir.

Qeyd edək ki, bu qərara qədər Azərbaycanda kartdan-karta köçürmələrdə say limiti yox idi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью