Azərbaycanda keçmiş deputat vəfat etdi FOTO

02.06.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zərdab Peşə Liseyinin keçmiş direktoru və sabiq millət vəkili Əlihüseyn Əliyev vəfat edib.

"Cebheinfo.az" xəbər verir k, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, onun 76 yaşı var idi.

Əlihüseyn Əliyev 1991-ci ilə qədər rayon partiya komitəsində təlimatçı, siyasi maarif kabinetinin müdiri və ideoloji şöbənin rəhbəri kimi fəaliyyət göstərib.

O, iki çağırış üzrə Zərdab rayonunu təmsil edərək deputat mandatı qazanıb. Ə.Əliyev, həmçinin 2016-cı ilə qədər Zərdab Peşə Liseyinə rəhbərlik edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью