Azərbaycanda keçmiş komitə sədrinin hoteli müsadirə edildi

19.10.2026

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Ölkə.az-ın əldə etdiyi xəbərə görə, obyektin ilkin bazar qiyməti 6 mln 543 min 400 manat, minimum satış qiyməti isə 5 mln 561 min 890 manatdır.

6 mərtəbəli, 50 otaqlı hotel Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11a ünvanında yerləşir. 

Qeyd edək ki, “Greenpark” hotel vaxtilə “İrşad” hotel kimi fəaliyyət göstərib. Mətbuatda sözügedən hotelin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev tərəfindən inşa edildiyi qeyd olunur.

Sözügedən hərracın əsas məqsədlərindən biri borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir.

Könül

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью