Azərbaycanda kənd təsərrüfatında 100% elekrik maşınlarına keçid hədəfi qoyulub

22.10.2026

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda kənd təsərrüfatında 100% elekrik maşınlarına keçid hədəfi qoyulub.

APA xəbər verir ki, bu, “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədində əksini tapıb.

Sənədə əsasən, kənd təsərrüfatı, meşəçilik və torpaqdan digər istifadə (KTMTİ) sahələrində 2035-ci ilədək ənənəvi daxili yanma mühərrikli (DYM) maşınlardan elektrik maşınlarına keçidin sürətləndirilməsi nəzərdə tutulur. 2060-ci ilədək isə ənənəvi DYM maşınlarından elektrik maşınlarına keçidi daha da sürətləndirmək və bu altsektordan tam (100%) elektrikləşdirməyə və tullantıların tam azaldılmasına nail olmaq planlaşdırılıb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью