Azərbaycanda kəndlərin sayı AZALIB

17.02.2025

Icma.az, Modern.az saytına istinadən bildirir.

Azərbaycanda ötən il 4244 kənd yaşayış məntəqəsi olub.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, kəndlərin 514-də əhalinin sayı 100 nəfərdən azdır.

Əhalinin sayı 5000-dən çox olan kəndlərin sayı isə cəmi 94-dür.

Qeyd edək ki, son 10 ildən Azərbaycanda kəndlərin sayında azalma müşahidə edilib.

Belə ki, 2013-cü ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda kəndlərin sayı 4255, 2014-cü ildə 4250 olub.

Kəndlərin sayının azalması əsasən onların birləşməsi ilə əlaqədardır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью