Azərbaycanda kərə yağı ehtiyatı 45 % dən çox artırılıb

21.03.2025

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 4 min 315,6 ton kərə yağı istehsal edilib.

“Cebheinfo.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə 2,1 % çoxdur.

Martın 1-nə ölkədə 22,8 ton kərə yağı ehtiyatı yaranıb. Bu da, illik müqayisədə 45,2 % çoxdur.

Xatırladaq ki, iki ayda Azərbaycanda 933,9 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 10,7 % çoxdur.

“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью