Icma.az, Modern.az saytına istinadən bildirir. Azərbaycanda elə kəndlər var ki, onların sakinlərinin sayı bir əl barmağını keçmir.
Dövlət Statistika Komitəsinin Modern.az-a verdiyi rəsmi məlumata görə, ölkədə cəmi 1 nəfərin yaşadığı 3 kənd mövcuddur.
Əhalinin 2019-cu ildə keçirilmiş siyahıyaalınmasının nəticələrinə əsasən, Neftçala rayonunun Kürdili kəndi, İsmayıllı rayonunun Gərzə və Pirəqanım kəndlərində hər biri cəmi bir sakindən ibarətdir.
Bundan başqa, əhalisi 5 nəfər və daha az olan daha 7 kənd var.
Onların sırasına İsmayıllı rayonunun Dahar və Keşxurd kəndləri (hər birində 4 nəfər), Neftçalanın Qızqayıtlı kəndi (2 nəfər), Ağsunun Kövlüc kəndi (4 nəfər) və Xızının Güneyqışlaq kəndi (5 nəfər) daxildir.
Əhalinin azalması və kəndlərin boşalması müxtəlif səbəblərlə izah olunur. Bəzi ekspertlər kiçik kəndlərin birləşdirilməsini təklif edir.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev saytımıza açıqlamasında bildirib ki, kiçik kəndlərin birləşməsi dövrün tələbidir və bu istiqamətdə işlər gedir.
Statistikaya əsasən, bu gün bəzi rayonların kəndlərində 1,5,10 və.s insan yaşayır: "Halbuki, vaxtilə insanlar burada yaşayıb-yaratmışdır.