Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 920,8 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 2 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 12,6 faiz, kimya sənayesi məhsullarının istehsalı isə 8,4 faiz artıb.
Kimya sənayesi məhsullarından polietilen istehsalı 4 faiz, etilen istehsalı 3,2 faiz, karbamid istehsalı 0,4 faiz, rezin və plastik kütlə məmulatlarından polietilendən başqa, digər plastmas kisələr və çantalar istehsalı 86,8 faiz, plastmas, çubuqlar, millər və profillər istehsalı 28,5 faiz, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı 20,5 faiz artıb.
Azərbaycanda istehsal olunan kimya sənayesi məhsulları:
Məhsul növləri
2025-ci ilin yanvar-oktyabr aylarında istehsal edilib
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
01.11.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı
Kimya sənayesi məhsulları
Təsirsiz qazlar, min kub metr
38334,9
103,4
28,6
ondan azot, min kub metr
20092,3
101,4
24
Lak-boya məmulatları, ton
34632,7
99,4
411
Qeyri-üzvi kimyəvi maddələr, ton
18670,0
67,6
5380,0
ondan yod, ton
168,2
97,7
27,1
Üzvi kimyəvi maddələr, min ton
754,4
96,3
56,5
ondan: etilen, min ton
130,1
103,2
1
propen (propilen), min ton
121,1
101,3
0,6
metanol (metil spirti), min ton
403,8
95,8
41,3
Etil spirti, min dkl
64,3
110,7
44
Gübrə və azot birləşmələri, min ton
533,9
100,4
52,6
Ondan: karbamid, min ton
533,7
100,4
52,5
İlkin formada plastik kütlə, min ton
253,5
103,8
27,2
ondan polietilen, min ton
125,3
104,0
7,5
Yapışqan və yapışdırıcı maddələr, min ton
141,8
129,3
10,7