Azərbaycanda kirayə qiymətləri artıb

15.05.2026

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Bu ilin I rübünün yekununda Azərbaycanda kirayə qiymətləri ötən ilin I rübünün yekunu ilə müqayisədə 7,3 %, fevralın sonuna nisbətən isə 0,3 % çox olub.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) rüblük "Pul Siyasəti İcmalı"nda bildirilir.

Bundan başqa, hesabat dövründə ilkin mənzil bazarında qiymətlər orta hesabla 13,1 %, təkrar mənzil bazarında isə 8,1 % artıb. Ümumi qiymət artımı da 8,1 % təşkil edib.



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью