Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qubada qadını döyən kişiyə cinayət işi açılıb.
Modern.az-ın xəbərinə görə, hadisə rayonun kəndlərindən birində qeydə alınıb.
61 yaşı Akif Rəsulov mərhum xanımının 59 yaşlı ögey anası Simuzərin (adlar şərti) üzünə sillə ilə vurub və itələyərək yıxıb. Nəticədə qadın bir sıra yüngül xəsarətlər alıb.
Faktla bağlı cinayət işi başlanıb.
Məlumata görə, hadisəyə səbəb Akifin Simuzərlə evlənmək istəməsi olub. Belə ki, Akif xanımı vəfat edəndən sonra onun ögey anası Simuzərlə evlənmək istəyib. Əvvəllər də Simuzərə niyyətini açıqlasa da, qadın razılaşmayıb. Sonuncu dəfə hadisə olan günü o, yenə qadının evinə gedərək onun evlənmək istədiyini deyib. Lakin qadın yenə də razı olmayıb və tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Akif sillə ilə qadının üzünə vurub və itələyərək yerə yıxıb.
Təqsirləndirilən şəxs ifadəsində zərərçəkənlə barışdığını deyib. Zərərçəkən qadına da həmçinin Akiflə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və A. Rəsulov məsuliyyətdən azad edilib.
İlyas Turan