Azərbaycanda klub 1 milyon manata satışa çıxarıldı

06.06.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda futbol klubu satışa çıxarılıb. Söhbət I Liqada mübarizə aparan "Cəbrayıl"dan gedir.
Bizim.Media xəbər verir ki, Qarabağ bölgəsinə aid rayonun eyniadlı təmsilçisinin satış qiyməti heç də aşağı deyil.
I Liqada ilk iki mövsümü geridə qoyan "Cəbrayıl"ı almaq istəyən şəxs və ya şirkət 1 milyon manat ödəməlidir.
Başa çatan sezonu 9-cu pillədə başa vuran klubun hazırda iki təsisçisi var – Cavid Hüseynov və Şahin Məmmədov. Onların ikisi də hazırda ayrı-ayrı yerlərə bağlıdır.
Ş.Məmmədov Region Liqasının qalibi olaraq II Liqaya vəsiqə qazanan "Zəngəzur"un təsisçisi və baş məşqçisidirsə, C.Hüseynov bugünlərdə "Araz-Naxçıvan"ın sükanı arxasına keçib.
"Cəbrayıl" hazırda sponsorsuz fəaliyyət göstərir. Son olaraq komandaya "Avrora"nın sahibi Ceyhun Abbasov maliyyə dəstəyi verib.
Hər ay kollektivə 1500-2000 manat civarında vəsait ayıran tanınmış iş adamı iyunun ilk günlərindən bəri əlini onların üzərindən çəkib. (sportinfo.az)
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью