Azərbaycanda klub bütün futbolçularını yola saldı

26.07.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Şahdağ Qusar" futbol klubu bütün futbolçuları ilə müqavilələrə xitam verib.

Oxu.Az xəbər verir ki, bu barədə klubunun rəsmi "Instagram" hesabında paylaşım edilib.

"‎Geridə qalan mövsümlər ərzində "Şahdağ"ın adını futbolumuzun zirvəsinə yazdırmaq üçün ortaya qoyduğunuz əzmkarlıq və fədakarlıq heç zaman unudulmayacaq. "Şahdağ Qusar" futbol klubu olaraq bütün futbolçu heyətinə təşəkkürlərimizi bildirir, gələcək karyeralarında uğurlar arzulayırıq.

‎Yeni futbol mövsümü ilə əlaqədar isə yaxın günlərdə məlumatlar paylaşılacaq", - məlumatda bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью