Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu ilin avqust ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 94,58 % təşkil edib.Bakıvaxtı.az-ın "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, iyul ayına nisbətən 1,52 faiz bəndi azdır.İkinci pillədəki "Microsoft Copilot"un bazar payı 2,83 % olub.
Bu, əvvəlki ayın göstəricisindən 1,13 faiz bəndi çoxdur.Növbəti yerdə qərarlaşan "Perplexity"nin bazar payı iyulda 0,55 faiz bəndi artaraq 1,23 % olub.Dördüncü yerdəki "Google Gemini"nin bazar payı ay ərzində 0,02 faiz bəndi azalaraq 1,05 % təşkil edib.İlk beşliyi 0,25 %-lik bazar payı ilə "Claude" qapayır.
Onun payı iyul ayı ilə müqayisədə 0,20 faiz bəndi azalıb.Müxtəlif platformaların bazar payına görə süni intellekt (AI) "chatbot"larının ilk beşliyi aşağıdakı kimidir:Kompüterlərdə:"ChatGPT" – 93,99 % (iyula nisbətən 1,57 faiz bəndi az).
Beləliklə onun bazar payı ardıcıl olaraq 4-cü aydır azalır (ümumi azalma 3 % təşkil edib);"Microsoft Copilot" – 3,22 % (1,26 faiz bəndi çox);"Perplexity" – 1,32 % (0,54 faiz bəndi çox);"Google Gemini" – 1,1 % (0,14 faiz bəndi az);"Claude" – 0,29 % (0,17 faiz bəndi az).Mobil cihazlarda:"ChatGPT" – 97,69 % (1,88 faiz bəndi az);"Microsoft Copilot" – 0,77 % (-);"Perplexity" – 0,77 % (-);"Google Gemini" – 0,77 (-).ChatGPT chatbot süni intellekt Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.