Azərbaycanda könüllü sığorta bazarı 15 faiz böyüyüb

29.08.2026

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 823,048 milyon manat sığorta haqqı toplanılıb.

525 az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,9 % çoxdur

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 576,274 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 28,4 % çoxdur.

Beləliklə, 7 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 70 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 62,6 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 6,409 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,3 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 671,436 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 26,9 % çoxdur.

7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 66,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56,4 manat olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью