Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

02.11.2026

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir.

Turkustan.az "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib.

Əməliyyat zamanı idarənin Rüfət adlı vergi müfəttişinin saxlanıldığı deyilir.

Hələlik əməliyyatın hansı faktlarla bağlı keçirildiyi və saxlanılan şəxsin nədə şübhəli bilindiyi məlum deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью