Icma.az bildirir, Sia Az saytına əsaslanaraq. Yaxın aylarda Azərbaycanda Kosmik Aparatların İnkişafı Mərkəzinin tikintisinə start veriləcək.
SİA xəbər verir ki, bunu “Azərkosmos”un İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Dunay Bədirxanov “Kosmosdan gələn imkanlar: Kos
Dunay Bədirxanov bildirib ki, Azərbaycan yaxın gələcəkdə peyklərin istehsalını həyata keçirməyi planlaşdırır.
“Artıq bu istiqamətdə ilk addımlar atılıb. “Tədqiqat və İnkişaf” komandamız son bir il yarım ərzində İsraildə “Azersky-2” layihəsi çərçivəsi
Peyk istehsalı zavodu və işçi heyəti üçün nəzərdə tutulan Kosmik Aparatların İnkişafı Mərkəzinin dizayn və layihələndirmə mərhələsi tamamlan
Mərkəzin tikiləcəyi yer artıq müəyyənləşdirilib və yaxın aylarda tikintiyə başlanılacaq.
Yeni peykimizin daşıyıcı raketi kimi “SpaceX” şirkətini seçmişik”, - deyə Dunay Bədirxanov vurğulayıb.
Qurum rəhbərinin sözlərinə görə, “Azərkosmos” tarixində ilk dəfə törəmə müəssisə – “Spacecraft Development and Production” MMC yaradılıb: “Yeni MMC kosmik aparatların istehsalı ilə bağlı layihələrin daha səmərəli şəkildə həyata keçirilməsinə dəstək göstərəcək”.