Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanda problemli kreditlərin məbləği son bir ildə 37%-ə yaxın, yəni təxminən 268 milyon manat artıb.
Bu il avqustun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 723 milyon manat təşkil edib. Bu gedişlə gələn il 1 milyard manatı keçə bilər.
Aslan İsmayılov, tanınmış hüquqşünasKONKRET.az xəbər verir ki, tanınmış vəkil Aslan İsmayılov qeyd edib ki, yaranmış iqtisadi və sosial problemlər fonunda mövcud vəziyyət ciddi narahatlıq doğurur: “Ölkədəki maliyyə sıxıntıları və sahibkarların üzləşdiyi problemlər vaxtında həllini tapmasa, bunun fəsadları daha da ağır olacaq.”
Onun sözlərinə görə, iqtisadi sahədə şəffaflığın təmin edilməsi və sahibkarların hüquqlarının qorunması istiqamətində təxirəsalınmaz addımlar atılmalıdır: “Hər bir qurum öz məsuliyyətini dərk etməli və real dəstək mexanizmləri işə salınmalıdır.”
Natiq Səlim,
KONKRET.az