Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 8% artıb

02.02.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2025-ci ildə Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 9 milyard 483 milyon manat təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% və ya 699 milyon manat artıb.

Qeyd edək ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 5 milyard 473 min manatı elektron ticarət, 2 milyard 176 milyon manatı POS-terminallar, 1 milyard 473 milyon manatı bankomatlar, 358 milyon manatı isə xaricdə aparılan əməliyyatlar vasitəsilə həyata keçirilib.

Xatırladaq ki, 2026-ci il yanvar ayının 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 77 min təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью