Azərbaycanda kriptovalyuta əməliyyatlarının həcmi 4,4 mlrd. dollara çatıb

17.12.2024

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Azərbaycanda kriptovalyuta istifadəçilərinin sayı 120 min nəfərə çatıb.

“APA-Economics”in əldə etdiyi məlumata görə, Azərbaycanda virtual aktivlərin həcmi isə 2023-cü ildə 4,4 milyard dollara bərabər olub. Bura kriptovalyuta ilə aparılan əməliyyatlar daxildir.

Qeyd edək ki, Azərbaycan bu göstərici ilə Yaxın Şərq və Şimali Afrika ölkələri (MENA) sırasında 10-cu olub. Siyahıya 130 mlrd. dollarla Türkiyə başçılıq edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью