Azərbaycanda küləklə bağlı NARINCI XƏBƏRDARLIQ

07.03.2025

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Martın 7-si saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, martın 7-si saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti yağmursuz keçib.

Martın 6-da bəzi yerlərdə qərb küləyi əsib, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Goranboyda 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Mingəçevirdə 20 m/s, Qobustan, Naftalan və Gəncədə 18 m/s, Göyçayda 17 m/s, Şəkidə 15 m/s-yə çatıb.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью