Azərbaycanda küləyin sürəti 28 m/syə çatır FAKTİKİ HAVA

05.11.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 5-i saat 15:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.

Bakıvaxtı.az xəbər verir ki, narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Balakəndə 28 m/s, Mingəçevir, Şəkidə 25 m/s, İsmayıllı, Tərtər, Göyçayda 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə, Bakıda və Abşeron yarımadasında 20 m/s , eyni zamanda Neftçalada 20 m/s, Lerik, Ağdam, Zaqatalada 18 m/s, Ceyrançöldə 16 m/s təşkil edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью