Marja.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sentyabr ayının sonlarından etibarən Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb.
Bununla əlaqədar Saatlı rayonunun Fətəlikənd kəndində tədbir keçirilib.
Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Saatlı rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov, Kənd Təsərrüfatı Nazirliyinin rəhbər və məsul şəxsləri, rayon icra hakimiyyəti strukturlarının nümayəndələri, Nazirliyin tabeli qurumlarının əməkdaşları və pambıqçı fermerlər iştirak ediblər.