Azərbaycanda maaşlar artdı orta əməkhaqqı 1174 manatı keçdi

11.08.2026

Icma.az bildirir, Yenisabah portalına istinadən.

2026-cı il iyulun 1-i vəziyyətinə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 787,4 min nəfər təşkil edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Onlardan 844,6 min nəfəri dövlət, 942,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla çalışanların 18,8 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 17,8 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində çalışıb. Sezar pizza

İşçilərin 6,7 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi maliyyə və sığorta, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində işləyib. Digər sahələrin payı isə 15,1 faiz olub.

Bundan başqa, 2026-cı ilin yanvar-iyun aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artaraq 1174,4 manata yüksəlib.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью