Azərbaycanda makaron məmulatları istehsalı artıb QRAFİK

25.08.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 25 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda makaron məmulatları istehsalı illik müqayisədə 382,9 ton və ya 4,4 faiz artaraq 9175,6 ton təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, avqustun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 55,2 ton və ya 43,2 faiz azalaraq 72,5 ton olub.

Qeyd edək ki, 2025-ci ilin eyni dövründə makaron məmulatları istehsalı 8792,7 ton, hazır məhsul ehtiyatı isə 127,7 ton təşkil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью