Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

01.10.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 1 oktyabr, AZƏRTAC

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda makaron məmulatları istehsalı illik müqayisədə 14,2 ton və ya 0,1 faiz azalaraq 10 min 623 ton təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 70,6 ton və ya 58,1 faiz azalaraq 51 ton olub.

Qeyd edək ki, 2025-ci ilin eyni dövründə makaron məmulatları istehsalı 10 min 637,2 ton, hazır məhsul ehtiyatı isə 121,6 ton təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью