525.az saytına istinadən Icma.az xəbər verir.
Bu il yanvarın 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 49 milyard 860,3 milyon manat təşkil edib.
525.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,5 % çox, 2025-ci ilin eyni dövrünə nisbətən 7,2 % çoxdur.
O cümlədən, manatla pul kütləsi (M2 aqreqatı) 40 milyard 393,7 milyon manat olub ki, bu da aylıq müqayisədə 7,4 % çox, ötən ilin eyni dövrünə nisbətən 10,2 % çoxdur.
Hesabat tarixinə tələbli depozitlər (M1 pul aqreqatı) 32 milyard 182,7 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 9,2 % çox, ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 % çoxdur.
Yanvarın 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 17 milyard 947,8 milyon manat olub ki, bu da aylıq müqayisədə 4,1 % çox, ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 % çoxdur.