Azərbaycanda manatla pul kütləsi nə qədər artıb?

03.10.2026

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Bu ilin sentyabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 54 milyard 978 milyon manat təşkil edib.

"AzPolitika" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 2 %, ilin əvvəlinə nisbətən 10,3 %, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə 15,1 % çoxdur.

O cümlədən, manatla pul kütləsi (M2 aqreqatı) 44 milyard 416,6 milyon manat olub ki, bu da aylıq müqayisədə 1,3 %, ilin əvvəlinə nisbətən 10 %, ötən ilin sentyabrın 1-i ilə müqayisədə 20,7 % çoxdur.

Hesabat tarixinə tələbli depozitlər (M1 pul aqreqatı) 34 milyard 212,2 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 1,7 %, ilin əvvəlinə nisbətən 6,3 %, 2025-ci ilin sentyabrın 1-i ilə ilə müqayisədə 17,5 % çoxdur.

Sentyabrın 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 19 milyard 166,8 milyon manat olub ki, bu da aylıq müqayisədə 0,02 % az, ilin əvvəlinə nisbətən 6,8 %, ötən ilin sentyabrın 1-i ilə müqayisədə 13,9 % çoxdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью