Azərbaycanda məişət zorakılığı ilə bağlı 493 mühafizə orderi verilib

25.11.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

“Bu göstəricilər yalnız statistika deyil, müdafiəyə ehtiyacı olan insanların, vaxtında müdaxilə edilmədikdə ağır nəticələrlə üzləşə biləcək ailələrin və uşaqların hələ də mövcud olduğunu bir daha xatırladır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 25 noyabr – Qadınlara qarşı Zorakılığın Aradan Qaldırılması üzrə Beynəlxalq Mübarizə Günü münasibətilə keçirilən konfransda deyib.

O bildirib ki, məişət zorakılığı ilə bağlı verilən mühafizə orderlərinin 50-si uzunmüddətli, 443-ü isə qısamüddətli olub.

Komitə sədri vurğulayıb ki, hər bir müraciətin arxasında insan taleyi dayanır və fəaliyyətin nəticəsi həmin insanların təhlükəsizliyinin, hüquqlarının bərpasının və gələcəyə inamının təmin edilməsində ifadə olunmalıdır.

Bahar Muradovanın sözlərinə görə, əsas diqqət qanunvericilikdə yaradılmış imkanların real müdafiə nəticələrinə çevrilməsinə yönəldilməlidir.

O, zorakılıq hallarının vaxtında aşkarlanmasını, risklərin düzgün qiymətləndirilməsini, mühafizə orderlərinin effektiv icrasını, zərərçəkmiş şəxslərin təhlükəsiz sığınacaq, hüquqi və psixoloji yardımla təmin olunmasını, uşaqların reabilitasiyasını və xüsusilə regionlarda sosial xidmətlərin əlçatanlığının artırılmasını əsas vəzifələr sırasında göstərib.

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью