Icma.az, Sonxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda məktəb direktoru rabitə dirəyindən yıxıldı Şəkidə məktəb direktoru rabitə dirəyindən yıxılaraq xəsarət alıb.
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında rayonun Böyük Dəhnə kəndində baş verib.
Kənd sakini 64 yaşlı Xanlar Həsrət oğlu Ağabəyov yaşadığı evin həyətyanı sahəsində olan rabitə dirəyindən yıxılıb.
Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan X. Ağabəyov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Qeyd edək ki, X.
Ağabəyov Böyük Dəhnə kənd tam orta məktəbdə direktor vəzifəsində çalışır. Faktla bağlı araşdırma aparılır.
Sonxeber.azŞikayətiniz varsa Whatsapp: 051 7028255 Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.