Azərbaycanda məktəbdə 9 cu sinif şagirdi BIÇAQLANDI

30.04.2026

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə şəhərdə yerləşən 9 nömrəli tam orta məktəbdə qeydə alınıb. Belə ki, sözügedən məktəbin 9-cu sinif şagirdi olan 2011-ci il təvəllüdlü Ü.Niyazlı bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 9-cu sinif şagirdi olan Ü.Niyazlını həmin məktəbin 8-ci sinif şagirdi aralarında baş verən mübahisə zamanı bıçaqlayıb. Hadisənin başvermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır./unikal.az

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью