Azərbaycanda məktəbdə FACİƏ: yaralı var

06.02.2025

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Ucarda məktəbli sinif yoldaşına xəsarət yetirib.

Ölkə.az bildirir ki, hadisə rayonun Rəstəcə kəndində baş verib. Rəstəcə kənd tam orta məktəbin 9 -cı sinif şagirdi, 2009-cu il təvəllüdlü M. H. ilə sinif yoldaşı Q.H. arasında mübahisə dava ilə nəticələnib. Məktəbli sinif yoldaşına bıçaqla xəsarətlər yetirib.

Xəsarət alan şagird Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin yardım göstərildikdən sonra Göyçay rayon xəstəxanasına aparılıb.

Zərərçəkənin yaxınlarının dediyinə görə, hadisə məktəbdə, sinif otağında baş verib. /APA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью