Azərbaycanda məktəbiə yayılan video ilə bağlı araşdırma başladı KONKRET

26.04.2025

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəblə bağlı yayılan video ilə əlaqədar vətəndaş müraciətinə əsasən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırma başlanıb.

Bu barədə KONKRET.az-a regional təhsil idarəsindən məlumat verilib.

Bildirilib ki, araşdırmanın nəticəsi ictimaiyyətə təqdim ediləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən məktəbdə pul yığıldığına dair videogörüntü yayılıb.

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью