Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır. Azərbaycanda ümumi orta məktəb təhsili üç pillədən-ibtidai, ümumi orta və tam ort
Ölkədə ümumi orta məktəb təhsili, əsasən ümumtəhsil məktəblərində, xüsusi təmayüllü təhsil müsəssisələrində, gimnaziya, lisey, ilk və orta p
Azərbaycanda ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi orta məktəb təhsilinin hər üç pilləsini əhatə edən təhsil proqramlarının tam
Tam orta təhsil pilləsində təhsilin təmayülləşməsi təmin olunur və ümumi orta məktəb təhsilinin sonuncu pilləsi olaraq 10-11-ci sinifləri əh
Qeyd edək ki, son vaxtlar ölkədə ümumi orta məktəb təhsili ilə bağlı dəyişikliyin olacağı barədə fikirlər səslənir.
Belə ki, 10-11-ci siniflərin ödənişli olması gözlənilir. Əgər bu layihə reallaşarsa, ölkədə “təhsilsizlər ordusu” yaranmayacaqmı?
Təhsil üzrə ekspert Kamran Əsədov “Cebheinfo.az”-a bildirib ki, orta ümumtəhsil məktəblərinin 10-11-ci siniflərində təhsilin ödənişli olması ilə bağlı fikirlər təhsil sistemində ciddi sosial və iqtisadi problemlərə səbəb ola bilər: “Təhsil hər bir vətəndaş üçün fundamental hüquq hesab olunur və onun əlçatan olması dövlətin əsas öhdəliklərindən biridir.
Əgər bu layihə reallaşarsa, aşağı və orta gəlirli ailələrin övladları üçün təhsilin davam etdirilməsi çətinləşəcək və nəticədə ölkədə kütləvi təhsilsizlər ordusu yaranacaq.