Azərbaycanda mənzilin kvadratmetri bir ildə 11% dən çox bahalaşıb

22.09.2026

Marja.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda təkrar mənzil bazarında 1 kvadratmetrin orta satış qiyməti 2025-ci il ərzində nəzərəçarpacaq dərəcədə artıb.

Marja.az “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin təhlilinə istinadən xəbər verir ki, ilin I rübündə ölkə üzrə mənzillərin 1 kvadratmetrinin orta qiyməti 1 889 manat olduğu halda, IV rübdə bu göstərici 2 099 manata yüksəlib.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Beləliklə, təkrar mənzil bazarında kvadratmetrin orta qiyməti il ərzində təxminən 11,2% artıb. Eyni dövrdə bir mənzilin orta satış qiyməti I rübdə 127 470 manatdan IV rübdə 132 015 manata yüksəlib.

Diqqətçəkən başqa məqam isə alıcıların daha kiçik mənzillərə yönəlməsidir. I rübdə satılan mənzillərin orta sahəsi 68 kvadratmetr olduğu halda, IV rübdə 63 kvadratmetrə düşüb. Bu, qiymətlər yüksəldikcə alıcıların büdcəyə uyğunlaşmaq üçün daha kiçik sahəli mənzillərə üstünlük verməsi ehtimalını artırır.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью