Azərbaycanda mənzillər 8% bahalaşıb

21.04.2026

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu ilin I rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1% artıb.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə qiymətlər ilkin mənzil bazarında (yeni tikililər) 13,1%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,1% artıb.

Ötən ilin IV rübü ilə müqayisədə isə ümumi mənzil bazarında qiymətlər 2,2% yüksəlib. Bu dövrdə ilkin mənzil bazarı üzrə qiymətlərdə 1,8%, təkrar mənzil bazarı üzrə isə 2,2% artım qeydə alınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью