Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkə.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin mənzil bazarında (yeni tikililər) qiymətlər illik müqayisədə 10,4%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,4% artıb.
Bu ilin II rübü ilə müqayisədə isə ümumi mənzil bazarında qiymətlər 1,4% yüksəlib. Bu dövrdə ilkin mənzil bazarı üzrə qiymətlərdə 1,3%, təkrar mənzil bazarı üzrə isə 1,4% artım qeydə alınıb.