Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq

06.11.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək.

Həmçinin internetə çıxışın hansı üsulla təmin olunduğu da göstəriləcək. Provayderlərdən çəkilmiş telefon, kabel televiziyası və ya optik kabel vasitəsilə internetə qoşulan evlərdə "sabit çıxış", mobil telefon, data kart və USB modem vasitəsilə qoşulan evlərdə isə "simsiz çıxış" qeydi aparılacaqlar. Dördpendirli pizza

Qeyd edilənlər 2027-ci il yanvarın 1-dən tətbiq olunacaq.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью