Azərbaycanda məşhur cütlük CƏRİMƏLƏNDİ: Radara bu kadrlar da DÜŞDÜ

08.09.2025

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Yol hərəkəti qaydalarını pozan avtomobilin şəkli radar tərəfindən çəkilib. Lakin fotoda yalnız maşın deyil, şəxslər də əks olunub.

Avtomobilin sahibi tanınmış musiqiçi – klarnet ifaçısı Hüseyn Məmmədoğlu və aktrisa həyat yoldaşı Aysel İbrahimovadır. Beləliklə, adi bir radar görüntüsü təsadüfən “ailə şəkli”nə çevrilib.

Aysel Hüseyn sosial şəbəkədə həmin fotonu paylaşaraq zarafatla belə yazıb:

“Bu günə qədər radar çəkən ailə şəkli var? Bunu da gördük.” /Ajans.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью