Azərbaycanda məşhur müğənninin qardaşı oğlu itkin düşdü VİDEO

11.06.2025

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Müğənni Əlikram Bayramovun qardaşı oğlu Rahid Bayramov itkin düşüb.

Bakupost.az xəbər verir ki, bu barədə Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” verilişində bildirilib.

Belə ki, Ə.Bayramovun qardaşı Qafar Bayramov verilişə zəng edərək oğlunun mayın 8-dən itkin düşdüyünü deyib.

Onun sözlərinə görə, oğlu iki il bundan əvvəl də itkin düşüb, lakin 3 gün sonra yenidən evə qayıdıb.

R. Bayramov qeyd edib ki, oğlu 10 ildir Türkiyədə xarici gəmidə işləyir. Mayın 7-si Biləsuvardan Bakıya, qardaşıgilə gedib ki, sənədlərini düzəltsin, lakin ayın 8-dən ondan xəbər yoxdur.

Daha ətraflı süjetdə:


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью