Azərbaycanda məşhur şirkətlər qrupu cərimələnə bilər

18.12.2024

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Akkord Sənaye Tikinti İnvestisiya Koorporsiyası” Açıq Səhmdar Cəmiyyəti barədə inzibati protokol tərtib edilib.

Modern.az xəbər verir ki, şirkət haqqında aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci  maddəsi ilə protokol tərtib edilib.

İşə Nərimanov rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq edilərsə, şirkət üç min manatdan beş min manatadək cərimələnə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью