Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Texniki Universiteti üçün yeni sedan tipli avtomobillərin alınması planlaşdırılır.
BAKU.WS-in məlumatına görə, universitet bu məqsədlə satınalma elan edib.
Layihənin ehtimal olunan dəyəri 224 999,99 manat müəyyənləşdirilib.
Satınalma çərçivəsində ən azı 2025-ci il istehsalı olan, yeni və istismar edilməmiş benzin-elektrik hibrid sedan avtomobilinin alınması nəzərdə tutulur.