Icma.az, Sia Az portalına istinadən məlumat yayır. ”Azərbaycan Respublikasında milli mətbuat bayramı dövlət səviyyəsində geniş miqyasda qeyd
Bu, dünya ölkələri kontekstində nadir hallarda müşahidə edilən bir haldır.
Çünki bir çox ölkələrdə mətbuatın formalaşması və fəaliyyəti cəmiyyətin ümumi inkişafı fonunda qeydə alınır, lakin bayram kimi xüsusi və yüksək səviyyəli tədbirlərlə müşayiət olunması geniş yayılmış təcrübə deyil.
Azərbaycan isə bu sahədə fərqlənir və milli mətbuatın yubileyinə yüksək diqqət və hörmət nümayiş etdirir”.
Bu sözləri SİA-ya açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Aydın Quliyev sözlərinə belə davam edib: “Ölkə Prezidenti tərəfindən imzalanmış sərəncama əsasən, respublikanın bütün bölgələrində, həm dövlət qurumlarının təşəbbüsü ilə, həm də regional səviyyədə müxtəlif tədbirlər keçirilir.
Bu tədbirlər bir daha sübut edir ki, Azərbaycanda mətbuat siyasəti artıq dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
Hətta qeyd etmək olar ki, Azərbaycan mətbuatının bayramı elə bir yeganə sahədir ki, Prezident mütəmadi olaraq bu münasibətlə öz rəsmi sosial şəbəkə hesablarında təbriklər paylaşır.