Azərbaycanda meymunçiçəyinə yoluxan şəxsin son vəziyyəti Rəsmi

21.01.2025

Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda ilk dəfə meymunçiçəyi virusuna yoluxan 22 yaşlı Azərbaycan vətəndaşının səhhəti ilə bağlı məlumat açıqlanıb.

TƏBİB-dən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, meymunçiçəyi virusuna yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi davam etdirilir: "Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir. Həkimlərin müşahidəsi altındadır".

Qeyd edək ki, bu il yanvarın əvvəlində xarici ölkəyə səfər edib və qayıdandan sonra onda halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları müşahidə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью