Azərbaycanda meyvə tərəvəz konservləri istehsalı 5 % dən çox artıb

27.06.2025

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Bu ilin yanvar-may aylarında Azərbaycanda 1 milyon 849,4 min dekalitr meyvə şirəsi istehsal edilib. SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,8 % azdır.

Bundan başqa, hesabat dövrünə Azərbaycanda 66 min 502,7 ton meyvə-tərəvəz konservləri istehsal edilib ki, bu, 1 il əvvələ nisbətən 5,2 % çoxdur.

İyunun 1-nə ölkədə 677,7 min dekalitr meyvə şirəsi ehtiyatı, 17 min 244,3 ton isə meyvə-tərəvəz konservləri ehtiyatı yaranıb. Bu da, illik müqayisədə müvafiq olaraq 4,6 % və 17 % çoxdur.

Hesabat dövründə Azərbaycanda 2 milyard 203 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 9,4 % çoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью