Azərbaycanda mikroavtobus aşdı: Ölənlər var | Icma.az
Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mingəçevirdə mikroavtobusun aşması nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.Demokrat.az Publika.az-a istinadla xəbər verir ki, həkimlərin səyinə baxmayaraq 2020-ci il təvəllüdlü Adəm Həbliyevi xilas etmək mümkün olmayıb.Qeyd edək ki, ölənlər və zərərçəkənlər Bakıdan Mingəçevirə qayıdan "Mercedes Vito" markalı mikroavtobusda olan sərnişinlərdir.xxxMingəçevir şəhərində ağır yol-nəqliyyat hadisəsi olub.Demokrat.az xəbər verir ki, "Mercedes Vito" markalı mikroavtobus öncə minik avtomobili ilə toqquşub, sonra idarəetmədən çıxaraq aşıb.Hadisə nəticəsində 1 nəfər - 1989-cu il təvəllüdlü Yasəmən Həbliyeva aldığı xəsarətdən dünyasını dəyişib.
Qəza zamanı habelə daha 7 nəfər - 1973-cü il təvəllüdlü Teyyub Məhərrəmov, 1985-ci il təvəllüdlü Elgiz İsmayılov, 1980-ci il təvəllüdlü Əlizamin Musayev, 1990-cı il təvəllüdlü Xəyalə Mirzəyeva, 1983-cü il təvəllüdlü Amil Nəbiyev, 1992-ci il təvəllüdlü Nuranə Mustafayeva və 2020-ci il təvəllüdlü A.Həbiyev xəsarət alıblar.Yaralılar xəstəxanaya çatdırılıb.
Onlardan 4 yaşlı A.Həbliyevin vəziyyəti ağır qiymətləndirilir.
Digərlərinin vəziyyəti kafi və orta-ağırdır.Qeyd edək ki, zərərçəkənlər Bakıdan Mingəçevirə qayıdan 'Mercedes Vito" markalı mikroavtobusda olan sərnişinlərdir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu